Xəzər Xəbər

POS-terminalların quraşdırılmasından imtina edənləri cərimə gözləyir - RƏSMİ - VİDEO

Veb TV | 19:52 • 3 Dekabr 2019
POS-terminalların quraşdırılmasından imtina edənləri cərimə gözləyir -

POS-terminalların quraşdırılmasından imtina etmə halı ilk dəfə baş verdikdə 1000, ikinci dəfə olsa 3000 və növbəti dəfə təkrarlansa 6000 manat maliyyə sanksiyası tətbiq olunacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı keçirilən brifinqdə deyib.

Vegi Məcəlləsinə edilən dəyişikliklərdə POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmasından və nağdsız ödənişlərin qəbul olunmasından imtina hallarına görə maliyyə sanksiyalarının tətbiqi yer alıb. Bununla yanaşı 2020-ci ilin yanvar ayının 1-dən bəzi dəyişkiliklər nəzərdə tutulur.

Samirə Musayeva aksizlərin artımı ilə bağlı dəyişikliklərə də aydınlıq gətirib. Bildirib ki, aksizin qanunla müəyyənləşdirilmiş hissəsi sahibkarlar tərəfindən tibbi sığorta fonduna köçürüləcək. Bununla bərabər tikinti sektorunun canlanması üçün bəzi güzəştlər də tətbiq ediləcək.

Həmçinin əlavə dəyər vergisinin istehlakçılara qaytarılması yeni nəsil nəzarət kassa aparatlarının çekləri əsasında həyata keçiriləcək. Nazirliyin nümayəndəsinin sözlərinə görə, qrafik üzrə nəzarət kassa aparatlarının quraşdırılması davam etdirilir. Prosesin ilin sonuna qədər davam etməsi gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti