Xəzər Xəbər

Bakıda yağış-kanalizasiya xətti tutulub, ətrafı su basıb - VİDEO

Veb TV | 19:06 • 2 Dekabr 2019
Bakıda yağış-kanalizasiya xətti tutulub, ətrafı su basıb -

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində yaşayan sakinlər yolu keçməkdə çətinlik çəkirlər. Buna səbəb avtomobil yolunu çirkab suyun basmasıdır.

Xezerxeber.az-ın məlumatına görə, yaxınlıqda yaşayan sakinlər bu yoldan istifadə etməkdə çətinlik çəkirlər. Onların sözlərinə görə, bir neçə gündür ki, yolu su basıb. Sakinlər belə vəziyyətdə səkidən belə istifadə edə bilmirlər. Mövcud vəziyyətdən sakinlərlə yanaşı, avtomobil sürücüləri də əziyyət çəkirlər.

Problemdən ''Azərsu'' Açıq Səhimdar Cəmiyyəti də xəbərdardır. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ''Xəzər Xəbər''ə bildirib ki, həmin ərazidən 300 millimetirlik yağış-kanalizasiya xətti keçir. Əməkdaşlar bir neçə gündür ki, xətdə olan tutulmanın açılması istiqamətində işlər görürlər. Bu məqsədlə əraziyə yüksək təzyiqli xüsusi təyinatlı maşın göndəriləcək ki, xətdə olan tutulmanı açsın. Problem yaxın vaxtlarda öz həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti