Xəzər Xəbər

Abşeronda ödəmə terminalı talanıb - VİDEO

Veb TV | 19:15 • 2 Dekabr 2019
Abşeronda ödəmə terminalı talanıb -

Abşeronda oğrular gecə saatlarında ödəmə terminalını parçalayıb, içindəki pulları aparıblar.

Xezerxeber.az-ın məlumatına görə, hadisə "Gənclər şəhərciyi" adlanan ərazidə törədilib.

Şəhərcikdə bir mağazanın qarşısında olan ödəmə aparatından pulların oğurlanmasından həmin an heç kimin xəbəri olmayıb. Ətrafda yaşayan sakinlər deyib ki, heç səs-küy də olmayıb. Onlar bildirib ki, gecə saat 2-yə qədər burada insanlar olur. Hadisə çox güman ki, səhərə yaxın törədilib.

Mağazadan isə bildiriblər ki, hadisənin baş vermə anı təhlükəsizlik kamerasına düşüb. Hadisədən sonra əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları baxış keçirib.

Fakt üzrə əməliyyat istintaq tədbirləri həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti