Xəzər Xəbər

“Komissar Nazim” yaxalanıb - VİDEO

Veb TV | 19:12 • 2 Dekabr 2019
“Komissar Nazim” yaxalanıb -

Rayondan paytaxta narkotik maddə satmağa gələn şəxslər saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Bakının Nizami Rayon Polis İdarəsi əməkdaşları daxil olan məlumat əsasında Cəlilabad rayon sakinləri əvvəllər məhkum olunmuş ''Komissar Nazim'' ləqəbi ilə tanınan narkotacir Nazim Qurbanov və Mirşahin Həsənov sonuncunun idarə etdiyi avtomobillə birlikdə saxlayıb. Nazim Qurbanovun əlindəki bağlamaya baxış zamanı külli miqdarda narkotik vasitələr- 7 kiloqram 50 qram tiryək, 1 kiloqram 5 qram heroin və 239 qramdan çox psixotrop maddə aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri əldə edəndən sonra satmaq məqsədi ilə paytaxt ərazisinə gətirdiklərini bildiriblər.

Qeyd edək ki, avtomobili idarə edən Mirşahin Həsənov əldə etdikləri psixotrop maddələrdən 10 qramdan çoxunu Nazim Qurbanovun bağlamasından oğurlayaraq sonradan satmaq məqsədi ilə özündə saxlayıb. Polislər tərəfindən avtomobilə baxış zamanı Mirşahin Həsənovun oğurladığı maddə də aşkar olunaraq götürülüb. Məlum olub ki, Nazim Qurbanov da həmin narkotik maddəni istintaqla araşdırılan iranlı bir tanışından alıb.

Faktla bağlı hər iki şəxs barəsində cinayət işləri başlanıb, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar