Xəzər Xəbər

Bakıdakı bəzi restoran və şadlıq saraylarında kabab bişirilməyəcək - QƏRAR VERİLDİ - VİDEO

Veb TV | 19:37 • 22 Noyabr 2019
Bakıdakı bəzi restoran və şadlıq saraylarında kabab bişirilməyəcək -

Bundan sonra bəzi toylarda kabab verilməyəcək. Çünki paytaxtın müxtəlif rayonlarında fəaliyyət göstərən şadlıq saraylarında manqalların istifadəsi qadağan edilib.

Xezerxeber.az-ın məlumatına görə, ictimai-iaşə obyektlərindən havaya yenidən tüstünün, iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən şadlıq saraylarında və restoranlarda təkrar monitorinqlər keçirilib.


Monitorinqlər zamanı paytaxtın Binəqədi, Nizami, Xətai və Sabunçu rayonlarında fəaliyyət göstərən "Amor”, "Mələk Palace”, "Grace Hall”, "Ayla”, "Monte Karlo”, "Madonna”, "Al saray”, "Səbinə”, "Həyat Hall” və "Piano” şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı məlum olub. Odur ki, bundan sonra havanı çirkləndirən belə iaşə obyektlərində manqalların istifadəsinə məhdudiyyət qoyulması qərara alınıb. 

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, adıçəkilən obyektlərin sahibləri barəsində protokollar tərtib edilib və manqalların istifadəsinin məhdudlaşdırılması üçün qərar çıxarılıb.

Nazir müavini şadlıq sarayları və restoran sahiblərinə növbəti dəfə xəbərdarlıq edib.

Firdovsi Əliyev monitorinqlərin digər rayon və şərhərlərdə yerləşən restoran və şadlıq saraylarında da davam etdiriləcəyinin bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti