Xəzər Xəbər

Göyçayda heyvanlar arasında ölümcül xəstəlik yayılıb - VİDEO

Veb TV | 18:30 • 20 Noyabr 2019
Göyçayda heyvanlar arasında ölümcül xəstəlik yayılıb -

Göyçayda iribuynuzlu heyvanlar arasında ölümcül xəstəlik yayılıb. Xəstəliyə yoluxan inəklər bir neçə gün sonra tələf olur.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Göyçayın Yekəxana və Bığır kəndindən gedir.

Kənd sakinləri deyir ki, xəstə inəklərə baytar yardımı göstərilməsinə baxmayaraq, onları sağaltmaq mümkün olmur.

Sakinlər deyir ki, xəstəlik əvvəlcə heyvanların dərisində birüzə verir. Daha sonra daxili orqanlarına yayılaraq onların ölümünə səbəb olur.

Artıq 3 baş iribuynuzlu heyvan tələf olub. Hadisə ilə bağlı rayon baytarlıq idarəsinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları hər iki kənddə olaraq ölmüş heyvanların çəsədlərindən nümunələr götürüblər. Baytar həkimlər də bildirir ki, 10 gün müalicə aparılmasına baxmayaraq nəticə əldə olunmayıb.

Sakinlər xəstəliyin təhlükəli olmasından ehtiyat edərək cəsədləri basdırıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti