Xəzər Xəbər

Peraşki və qutablar antisanitar şəraitdə hazırlanır - Bakıda reyd - VİDEO

Veb TV | 19:32 • 19 Noyabr 2019
Peraşki və qutablar antisanitar şəraitdə hazırlanır -

Bakıda peraşki, qutab və digər qəlyanaltı yeməklər hazırlanan bir sıra obyektlərdə sözün əsl mənasında antisanitar vəziyyət hökm sürür. Maraqlanan zaman isə obyekt sahibləri acınacaqlı vəziyyəti gizlətməyə çalışırlar.

Xezerxeber.az-ın məlumatına görə, metro çıxışlarında fəaliyyət göstərən obyektlərdə həmçinin istifadə edilən yağlar demək olar ki, dəyişdirilmir. Bu məhsullar vitrində cəlbedici görünür, amma hazırlanma şəraiti bunun əksini göstərir.

Qeyd edək ki, bütün bu kimi xoşagəlməz hallar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə "Xəzər Xəbər"in birgə keçirdiyi reyd zamanı aşkarlanıb.

Reyd zamanı məlum olub ki, obyektlərin əksəriyyətində adi elementar gigiyenik qaydalara belə əməl edilmir.

Vətəndaşların isə qidaların belə vəziyyətdə hazırlanmasına münasibəti birmənalı deyil. Onların bəziləri sağlamlığını düşünsə də, bəziləri buna əhəmiyyət vermir.

Mütəxəssislər isə bildirir ki, qızardılmış xəmir məmulatlarını hazırlayarkən istifadə olunan yağlar bişirilən qidadan asılı olaraq dəyişdirilməldir. Bu yağların təkrar istifadəsi isə bir sıra xəstəliklərə səbəb ola bilər.

Onu da qeyd edək ki, AQTA tərəfindən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinə baxışlar mütəmadi olaraq davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti