Xəzər Xəbər

Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda - VİDEO

Veb TV | 19:14 • 18 Noyabr 2019
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda -

Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə nəslinin davamçıları - ədibin nəticəsi Martin Cavanşiri və Pşemslav Cavanşiri Bakıya gəliblər.

Xezerxeber.az-ın məlumatına görə, onları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycana dəvət edib.

Martin Cavanşiri bildirib ki, ölkədə olduğu iki gün ərzində Cəlil Məmmədquluzadənin Azərbaycan cəmiyyətində oynadığı rol haqqında geniş məlumat alıb. Bu da onda görkəmli dramaturqun yaradıcılığına daha böyük maraq yaradıb.

Martin Cavanşiri Azərbaycanla bağlı təəssüratlarını da "Xəzər Xəbər"lə bölüşüb.

Martin Cavanşiri və onun oğlu Pşemslav Cavanşiri bu gün Cəlil Məmmədquluzadə ilə bağlı təşkil edilən bir neçə tədbirdə iştirak edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti