Xəzər Xəbər

“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb - VİDEO

Veb TV | 19:52 • 15 Noyabr 2019
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb -

Noyabrın 15-də Beynəlxalq Mətbuat Mərkəzində "Əbədiyyət günəşi” adlı məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.


Xezerxeber.az xəbər verir ki, "Nəsimi ili” çərçivəsində dahi şairin 650 illiyi münasibətilə reallaşan müsabiqə "Kaspi” qəzetinin layihəsi əsasında "Kaspi” Təhsil Şirkətinin dəstəyi ilə təşkil edilib.


Tədbir çərçivəsində "Kaspi nəşrləri” seriyasından olan iki kitabın – redaktoru filologiya elmləri doktoru Sona Vəliyeva olan "Əbədiyyət günəşi” və müəllifi Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev olan "Nəsimi dünyası rənglərin işığında” adlı kitabların təqdimatı da keçirilib. 


Tədbirdə "Kaspi nəşrləri” seriyasının rəhbəri, filologiya elmləri doktoru Sona Vəliyeva deyib ki, Prezident İlham Əliyevin 2019-cu ili "Nəsimi ili” elan etməsi haqqında Sərəncamı Azərbaycanın dünyəvi, bəşəri ideyalarla yaşayan ölkə olduğunu bir daha sübut etdi. Çünki Nəsimi ideyaları ilə yaşamaq dünyanı vahid vətən kimi qəbul eləmək, göy üzünü böyük bir çətir sanmaq, yer üzünü hüdudsuz bir meydan hesab etmək deməkdir. 

Sona Vəliyeva söyləyib ki, "Nəsimi ili” xalqımıza sarsılmaz Nəsimi ruhu aşılayır. Ənənəvi olaraq ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat Festivalı keçirilir, ədibin yaradıcılığına həsr edilən müxtəlif təyinatlı müsabiqələr reallaşır. İmadəddin Nəsiminin 650 illiyinin qeyd edilməsi haqqında ölkə başçısının müvafiq Sərəncamı ədiblə bağlı görülməkdə olan işlərin həyata keçirilməsi üçün uğurlu və məqsədyönlü addım olub.


"Kaspi” Təhsil Şirkəti və "Kaspi” qəzetinin dəstək və təşəbbüsü ilə baş tutan "Əbədiyyət günəşi” müsabiqəsinin əhəmiyyətinə toxunan Sona Vəliyeva diqqətə çatdırıb ki, müsabiqə bu il Nəsimi yaradıcılığına həsr edilmiş ilk məqalə müsabiqə olub. 

Sonra müsabiqənin qalibləri mükafatlandırılıb. 8 müsabiqə iştirakçısına isə həvəsləndirici mükafat təqdim edilib.

Qeyd edək ki, müsabiqə çərçivəsində 60-a yaxın elmi-publisistik məqalə təqdim edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti