Xəzər Xəbər

Rusiyada tələbə yoldaşlarına atəş açdı: 2 nəfər öldü, 3 yaralı var – VİDEO

Veb TV | 17:58 • 14 Noyabr 2019
Rusiyada tələbə yoldaşlarına atəş açdı:

Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində İnşaat və Kommunal Kollecində silahlı insident baş verib.

"TASS” xəbər verir ki, tələbələrdən biri özü ilə tüfəng gətirib və yoldaşlarına atəş açıb.

Şahidlərin sözlərinə görə, 4-cü kurs tələbəsi dərsə gecikdiyi üçün auditoriyadan qovulub. O sinifdən çıxıb və geriyə tüfənglə qayıdıb.

Atəş nəticəsində bir nəfər hadisə yerində keçinib, üç nəfər ağır yaralanıb.

Qətli törədən şəxs polisə silahlı müqavimət göstərib və sonra intihar edib.

oxu.az

Xəbər lenti