Xəzər Xəbər

Şenol Günəş məşqçi karyerasını bitirəcəyi vaxtı açıqladı VİDEO

Veb TV | 13:48 • 9 Noyabr 2019
Şenol Günəş məşqçi karyerasını bitirəcəyi vaxtı açıqladı

Türkiyə millisinin çalışdırıcısı Şenol Günəş baş məşqçi karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

67 yaşlı mütəxəssis DÇ-2022-dən sonra məşqçi karyerasını bitirəcəyini bildirib:

"2002-ci ildəki dünya çempionatına 48 ildən sonra vəsiqə qazanmışdıq. İnanıram ki, 2022-ci ildəki mundiala qatıla biləcəyik. Bu turnir mənim üçün son olacaq. Mətbuatdakı jurnalist dostlara manşet xəbər olsun".

Türkiyə millisi Şenol Günəşin rəhbərliyi altında DÇ-2002-də 3-cü yeri tutmuşdu. 2022-ci il dünya çempionatı Qətərdə keçiriləcək.

Xəbər lenti