Xəzər Xəbər

ÖLKƏ ŞOKDA: daha bir ailənin 4 üzvü ölü tapıldı - DƏHŞƏTLİ OLAY - VİDEO

Veb TV | 12:31 • 9 Noyabr 2019
ÖLKƏ ŞOKDA: daha bir ailənin

Türkiyədə hər kəsi dəhşətə gətirən daha bir şok hadisə yaşanıb.

Antaliya şəhərində bir ailənin 4 üzvü evində ölü tapılıb. Onların sianiddən zəhərlənərək öldüyü ehtimal edilir. Evə baxış zamanı 3 polis və 3 tibb işçisi də zəhərlənərək xəstəxanaya aparılıb. Ölənlər Selim Şimşek (36), həyat yoldaşı Sultan Şimşek (38) və övladları Ceren Şimşek (9), Ali Çınar Şimşekdir (5). Evə girən polis ata və övladlarının əl-ələ tutaraq həyata gözlərini yumduğunu görüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, bundan öncə oxşar hadisə İstanbulda qeydə alınmışdı. Bir ailənin 4 üzvü mənzildə intihar etmiş qapının üzərinə isə "Daxil olmayın" Polisə zəng edin, mənzildə sianid var", - yazılmışdı.

publika.az

Xəbər lenti