Xəzər Xəbər

Çempionlar Liqasında həftənin ən yaxşı qolu açıqlandı VİDEO

Veb TV | 11:54 • 9 Noyabr 2019
Çempionlar Liqasında həftənin ən yaxşı qolu açıqlandı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib.

İtaliyanın "Yuventus" klubunun futbolçusu Duqlas Kostanın Rusiyada "Lokomotiv"ə (Moskva) vurduğu qol qrup mərhələsində IV turun ən yaxşısı seçilib.

29 yaşlı braziliyalı yarımmüdafiəçi fərdi keyfiyyətləri sayəsində rəqibin bir neçə oyunçusunu keçib və komandasına qələbə qazandırıb.

Qeyd edək ki, "Yuventus" "Lokomotiv"ə 2:1 hesabı ilə qalib gəlib və sona iki tur qalmış 1/8 final mərhələsinə vəsiqəni təmin edib.

Xəbər lenti