Xəzər Xəbər

Bakı metrosunda ikisəviyyəli stansiyalar tikilir - VİDEO

Veb TV | 18:52 • 8 Noyabr 2019
Bakı metrosunda ikisəviyyəli stansiyalar tikilir -

Bakı metrosunda ikisəviyyəli stansiyaların tikintisinə başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, gələcəkdə tikiləcək keçid stansiyaların da hamısı ikisəviyyəli olacaq.

Əlixan Osmanov şərti adı "B3" olan metrostansiyanın tikintisindən də danışıb. Baş mühəndis bildirib ki, sözügedən stansiyada tikinti başa çatdırılıb və hazırda tamamlanma işləri qalıb. Bu işlər də gələn ilin ortalarında aparılacaq. "B3" stansiyasından sonra isə yeni olan "Bənövşəyi xətt" üzrə işlər aparılacaq ki, onun da bir tərəfi Xocahəsən, digər tərəfi isə Qaraçuxur qəsəbəsində olacaq.

Baş mühəndis bəzən günün pik saatlarında metro qatarlarının gec gəlməsinə də münasibət bildirib.

Bu arada, metropolitençilərin peşə bayramı qeyd edilib. Tədbirdə 52 illik tarixə malik Bakı metrosunun inkişafından və gələcəkdəki planlardan danışılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti