Xəzər Xəbər

Neft Daşlarının 70 illiyi qeyd edilib - VİDEO

Veb TV | 21:14 • 7 Noyabr 2019
Neft Daşlarının 70 illiyi qeyd edilib -

Noyabrın 7-də Neft Daşlarında ilk neftin çıxarılmasının 70-ci ildönümü münasibətilə SOCAR-ın Baş ofisində mərasim keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, əvvəlcə Neft Daşlarına həsr olunan film nümayiş etdirilib. Filmdə Neft Daşlarının yaranması, Azərbaycan neftçilərinin ilk neftin çıxarılması üçün göstərdikləri şücaət və ötən 70 ildə əldə edilən nailiyyətlər əks olunub.

Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Neft Daşlarının 70 illiyi münasibətiilə Azərbaycan neftçilərinə təbrikini oxuyub.

Çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev qeyd edib ki, hazırda rəhbərlik etdiyi şirkət və törəmə müəssisələri ən mürəkkəb geoloji şəraitdə hasilat işləri aparır. Mürəkkəb özüllər inşa edilir, yüksək təzyiqli quyular qazılır, maili və üfüqi qazma işləri aparılır.

Rövnəq Abdullayev əlavə edib ki, SOCAR bütün qitələrdə əməliyyatlar aparır. Onun sözlərinə görə, 40 ölkənin 100-dən çox məntəqəsində kommersiya əməliyyatları keçirilib ki, bu da SOCAR-ın nə qədər geniş və inkişaf etmiş ticarət- infrastruktur şəbəkəsinə malik olduğunun göstəricisidir.

Tədbirin sonunda "Əsrin müqaviləsi"nin 25 illiyi münasibəti ilə fəxri adlara layiq görülən neftçilərə mükafatlar təqdim edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti