Xəzər Xəbər

Prezident İlham Əliyev Musa Yaquba ev hədiyyə edib - VİDEO

Veb TV | 19:12 • 7 Noyabr 2019
Prezident İlham Əliyev Musa Yaquba ev hədiyyə edib -

Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib.


Xezerxeber.az-ın məlumatına görə, bir müddət əvvəl "Xalq şairi'' fəxri adına layiq görülən Musa Yaquba bu dəfə ölkə başçısı 3 otaqlı mənzil hədiyyə edib.


Bu barədə "Xəzər Xəbər"ə 82 yaşlı Xalq şairinin özü məlumat verib.


Musa Yaqub bildirib ki, ona Prezidentin göstərişi ilə ev veriləcəyi iki gün qabaq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məlumat verilib.


Hədiyyəyə görə ölkə başçısına təşəkkür edən Xalq şairi Musa Yaqub hazırda ömrünün ən şərəfli günlərini yaşadığını bildirib.


Qeyd edək ki, Xalq şairi Musa Yaqub uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkir.



Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti