Xəzər Xəbər

İstanbulda film kimi oğurluq: Cibindən azərbaycanlının 10 minlik telefonu çıxdı - VİDEO

Veb TV | 13:22 • 23 Oktyabr 2019
İstanbulda film kimi oğurluq:

İstanbulda baş verən oğurluq anı təhlükəsizlik kamerasına düşüb.

XəzərXəbər Oxu.Az-a istinadla xəbər verir ki, hadisə şəhərin Beyoğlu rayonunun İmrahor məhəlləsində qeydə alınıb.

Məlumata görə, şübhəli şəxslər suriyalı ailəyə yaxınlaşıb və onların şəklini çəkməkdə kömək göstərəcəyini bildirib.

Bu zaman şübhəli şəxslərlə əlbir olan doqquz yaşlı qız suriyalı cütlüyün çantasını götürərək aradan çıxıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər azyaşlıları oğurluqla cəlb edərək, cinayət əməlləri törədiblər.

Saxlanılan şəxslərdən birinin cibindən Azərbaycan vətəndaşına məxsus 10 min TL dəyərində (2900 manat) telefon aşkarlanıb.

Araşdırmalar nəticəsində telefonun altı ay öncə azərbaycanlıdan oğurlandığı məlum olub və mal sahibinə qaytarılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.


Xəbər lenti