Xəzər Xəbər

Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başa çatıb - VİDEO

Veb TV | 18:57 • 21 Oktyabr 2019
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başa çatıb -

Hərbi Dəniz Qüvvələrinin (HDQ) enerji infrastrukturunun mühafizəsi üzrə Xəzər dənizinin Azərbaycana aid hissəsində keçirdiyi taktiki təlimlər başa çatıb.


Müdafiə Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması məsələlərinin işlənilməsi üzrə keçirilən təlimin məqsədi gəmi birləşmələri tərkibində birgə fəaliyyətin təşkili olub.


Təlimdə qüvvələrin idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilib, gəmi birləşmələrinin döyüş tapşırıqlarının yerinə yetirilməsi hazırlıqları yoxlanılıb.



Xəbər lenti