Xəzər Xəbər

Bakıda 92 saylı avtobusun sürücüsündən kobud qayda pozuntusu - VİDEO

Veb TV | 19:48 • 21 Oktyabr 2019
Bakıda 92 saylı avtobusun sürücüsündən kobud qayda pozuntusu -

Bakıda avtobus sürücüsü kobud qayda pozuntusuna yol verib. Tıxac olduğundan avtobusun sürücüsü yolun əks istiqamətinə çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, sürücü kobud qayda pozuntusu edərək qarşısından gələn nəqliyyat vasitələrinə mane olub.

Kadrlar ötən gün paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində, Beynəlxalq Avtovağzal istiqamətinə çıxan yolda çəkilib. Avtobus sürücüsünün bu hərəkəti digər sürücülərə də çətin anlar yaşadıb.

Sözügedən avtobusun dövlət qeydiyyat nömrə nişanı aydın görünməsə də, qaydaları pozan avtobusun 92 saylı xəttə aid olduğu görülür. Xətt nəzarətçisi bildirir ki, sözügedən kadrlardan xəbərsiz olublar. Buna baxmayaraq, həmin sürücü müəyyən ediləcək və daşıyıcı şirkət tərəfindən cəzalandırılacaq.

Məsələ ilə bağlı Baki Nəqliyyat Agentliyindən bildirildi ki, həmin kadrlar əsasında daşıyıcı şirkətin nümayəndəsi Agentliyə çağırılacaq və lazımi tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti