Xəzər Xəbər

Sabirabadda su qıtlığı yaşanır - sakinlər narahatdır - VİDEO

Veb TV | 20:54 • 21 Oktyabr 2019
Sabirabadda su qıtlığı yaşanır -

Sabirabadda kənd sakinləri həyətyanı sahələrini suvara bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, bir neçə aydır ki, Çöl Ağaməmmədli kəndində istifadəyə yararlı su tapılmır.

Sakinlər qeyd edir ki, əvvəllər ayda bir-iki dəfə "Sabir" kanalına su gəlirdi, indi isə su gəlmədiyindən çətinlik yaranıb.

Kənd sakinləri əsasən pambıq, taxıl, yonca və tərəvəz bitkilərinin əkinçiliyi ilə məşğuldur. Artıq onlar çöl sahələrinin də suvarılmasında çətinlik çəkdiklərini bildirir.

Məsələ ilə bağlı "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Sabirabad Suvarma Sistemləri İdarəsindən bildirilib ki, hazırda ərazidə, xususi ilə çöl sahələrdə payızlıq əkinlərin suvarılması işləri aparılır. Sakinlərin narazı qaldığı içməli su məsələsinə gəldikdə isə, kəndin ərazisindən keçən "Sabir" kanalına həftədə bir dəfə olmaqla nasoslar vasitəsi ilə su vurulur. Əlavə olaraq sudan düzgün istifadə olunmaması da qıtlığın yaranmasına gətirib çıxarır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti