Xəzər Xəbər

Rusiyada yaşayan şəxsin Cəlilabaddakı evi qarət edilib - VİDEO

Veb TV | 18:38 • 21 Oktyabr 2019
Rusiyada yaşayan şəxsin Cəlilabaddakı evi qarət edilib -

Xaricdə yaşayan şəxsin Cəlilabaddakı evi qarət edilib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Cəlilabad rayonu, Qarazəncir kəndində baş verib.

Bu barədə rayon polis şöbəsinə məlumat verən həmin kənd sakini Əflatun Zeynalov bildirib ki, hazırda Rusiyada yaşayan qardaşı Vaqif Zeynalovun evindən 1700 manat dəyərində bir ədəd noutbuk, qiyməti 1000 manat olan spirtli içkilər, həmçinin bir ədəd antena oğurlanıb. Polis əməkdaşları keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Elvin Mehtizadə və Asif Ağayevi saxlayıb. Onlardan mənzildən oğurladıqları noutbuk aşkar edilərək maddi sübut kimi götürülüb.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat nəticəsində avtomobili sərxoş və narkotik vasitələrin təsiri altında idarə edən sürücü saxlanılıb. Əməliyyat nəticəsində Qaradağ rayon sakini Orxan Verdiyev polislər tərəfindən Cəlilabad rayonu ərazisində saxlanılıb. Araşdırma zamanı onun, nəqliyyat vasitəsini heç bir müvafiq sənədləri olmadan və narkotik vasitələrin təsiri altında idarə etdiyi məlum olub.

Qeyd edək ki, sürücünün yanında əyləşən sərnişin paytaxt sakini Tərlan İmanovun üzərində axtarış aparılan zaman ondan da bir kibrit qutusunda qablaşdırılan ümumi çəkisi 6 qramdan çox olan marixuana aşkar edilərək götürülüb.

Cəlilabad rayon polis şöbəsində hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti