Xəzər Xəbər

YAP Bakıda təşkil edilən icazəsiz aksiya ilə bağlı tədbir keçirib - VİDEO

Veb TV | 19:00 • 21 Oktyabr 2019
YAP Bakıda təşkil edilən icazəsiz aksiya ilə bağlı tədbir keçirib -

"Azərbaycanda hər hansı müxalifət partiyası tərəfindən aksiyaların keçirilməsi nə YAP, nə də ölkə iqtidarı üçün narahatlıq və nigaranlıq mənbəyidir və ola bilməz. Qanunsuz aksiyanın ölkə başçısının oktyabr ayının əvvəlində bir neçə səfərində və doqquz aylıq iqtisadi inkişafla bağlı keçirilən müşavirədə səsləndirdiyi fikirlərdən bir neçə gün sonra təşkil edilməsi heç də təsadüfi deyil".

Xezerxeber.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov ölkədə təşkil edilən qanunsuz aksiya ilə bağlı keçirilən tədbir zamanı deyib.

Yeni Azərbaycan Partiyasında keçirilən tədbirdə çıxış edən Əli Həsənovun sözlərinə görə, Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə əl atıb.

Əli Əhmədov vurğulayıb ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti kimi Yeni Azərbaycan Partiyasının üzvləri də ölkəmizdə sabitliyi dəstəkləyirlər. Baş nazirin müavini əlavə edib ki, qanunsuz aksiya keçirmək istəyənlərin niyyəti hər kəsə bəllidir.

O xatırladıb ki, radikal müxalifət Azərbaycanı yenidən 1990-cı illərə,yəni anarxiyaya,vətəndaş müharibəsinə sürükləmək istəyir. ''Hakim partiya olaraq, hər hansı partiyanın hakimiyyətə gəlmək iddiasına qarşı deyilik. Amma nəyin bahasına olursa hakimiyyətə gəlmək ölkəni xaos və anarxiyaya sürükləyir. Bu, dünyanın heç yerində məqbul sayılmır. Bunun nəticəsi də ürəkaçan olmaz",-deyə Əli Əhmədov əlavə edib.

Yap sədrinin müavini vurğulayıb ki, 19 oktyabr mitinqi Azərbaycanın sürətlə inkişaf etməsini gözü götürməyənlərin təxribatı idi.

Tədbirdə çıxış edən millət vəkilləri qanunsuz aksiya ilə bağlı fikirlərini bölüşüblər. Onlar polisin aksiya iştirakçıları ilə sivil davranışını yüksək qiymətləndiriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti