Xəzər Xəbər

Ermənistan faşizmi dövlət siyasətinə çevirib - VİDEO

Veb TV | 18:47 • 21 Oktyabr 2019
Ermənistan faşizmi dövlət siyasətinə çevirib -

Ermənistan faşizmi dövlət siyasətinə çevirib.

Xezerxeber.az-ın məlumatına görə, bunu Bakı Dövlət Universiteti ilə birgə "Qaregin Njde - faşizmin və terrorizmin qəhrəmanlaşdırılması" mövzusunda keçirilən tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.

BDU-nun rektoru Elçin Babayev deyib ki, Ermənistanda Njdeyə heykəlin qoyulması onu göstərir ki, onlar özlərinə qəhrəman tapa bilmirlər.

Rusiyalı tarixçi, Qafqazşünas alim Oleq Kuznetsov bildirib ki, ermənilər Njdenin etmədiyi şeyləri də edibmiş kimi göstərib, onu qəhrəman kimi təqdim edirlər. Ermənilər Njdenin Hitlerlə görüşdüyünü desələr də, bu görüşün olmasını təsdiqləyən heç bir rəsmi sənəd yoxdur.

Erməni Araşdırmalar Mərkəzinin professoru Qafar Çaxmaqlı isə deyib ki, Naxçıvanda anadan olan Njde ömrü boyu türk millətinə qarşı vuruşan bir cani olub. Buna baxmayaraq ermənilər onun qəhrəman kimi tanıdılması üçün uzun illər dəridən qabıqdan çıxıblar. Müstəqillik dönəmində ermənilərin 7 milyon dollar sərf olunmuş ən bahalı filmi də Qaregin Njdenin həyatına həsr olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti