Xəzər Xəbər

Bakıda itə belə zülm etdilər - VİDEO

Veb TV | 18:34 • 21 Oktyabr 2019
Bakıda itə belə zülm etdilər -

Bakıda iti boruya bağlayaraq onu ac və susuz saxlayıblar.

Xezerxeber.az-ın məlumatına görə, heyvan Binə qəsəbəsində, bolluq adalanan ərazidə yaşayış yerindən kənarda günlərdir ki, bu vəziyyətdə qalıb.

Ətrafda yaşayanlar hadisədən xəbər tutduqdan sonra "Xəzər Xəbər"ə məlumat veriblər.

Onlar deyir ki, heyvan günlərlə bu vəziyyətdə qaldığından aqressivləşib. Buna görə də heç kim qorxudan ona yaxınlaşa bilmir.

Yaxınlıqda yaşayan yaşlı qadın isə heyvana yemək və su aparsa da, onun zəncirini aça bilməyib.

Daha sonra əməkdaşlarımız Fövqaladə Hallar Naziriliyinin 112 xidmətinə zəng vuraraq heyvanın ordan xilas edilməsi üçün yardım istəyiblər. Dərhal əraziya xilasedicilər cəlb olunub.

Bir necə dəqiqə davam edən prosesdən sonra heyvanın zənciri açılıb və sığınacağa təhvil verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti