Oğuz sakini meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə bu gün səhər saatlarında rayonun Xalxal kəndinə yaxın dağlıq-meşəlik ərazidə baş verib.
Belə ki, həmin kəndin sakini, 58 yaşlı Xanlar Nəbiyev meşəlik ərazidə şabalıd ağaclarını budayarkən iri budağın üzərinə düşməsi nəticəsində ölüb.
Hazırda faktla bağlı araşdırma aparılır.