Xəzər Xəbər

DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq etdi VİDEO

Veb TV | 19:08 • 18 Oktyabr 2019
DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi mitinq təşkilatçılarına xəbərdarlıq edib

Bakı şəhər baş polis idarəsinin ictimai təhlükəsizlik idarəsinin rəisi Nurullah Məmmədxanlı bildirib ki, Bakı şəhəri icra hakimiyyəti tərəfindən təşkilatçılara aksiyanın keçirilməsi üçün müvafiq yer ayrılıb. Daha sonra təşkilatçılar bakı şəhər polis idarəsinə dəvət edilərək,onlara qanunvericiliyin tələbləri izah edilib

Nurullah Məmmədxanlı qeyd edib ki, aksiyaçılar təklif edilən ərazidən imtina edərək 28 may metrosunun qarşısında aksiya keçirəcəklərini bəyan ediblər. İdarə rəisinin sözlərinə görə təşkilatçıların istədikləri ərazidə aksiya təşkil etmək qadağandır. Buna məhəl qoymayanlara qarşı müvafiq tədbirlər görüləcək

Nurullah Məmmədxanlının sözlərinə görə ictimai qaydanı pozulması əhalinin rahatlığını, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol verilməmlidir. Əks halda bunun məsuliyyət qanunsuz kütləvi aksiyaya çağırış edən təşkilatçıların üzərinə düşür.

Xatırladaq ki, radikallar oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətiqarşısında 50 nəfərlik piket keçirilməsinə icazə aldıqları halda küçə yürüşü etməyə cəhd edərək nəqliyyatın hərəkətini və insanların rahatlığını pozmuşdular.

 

Xəbər lenti