Xəzər Xəbər

Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradıldı VİDEO

Veb TV | 19:13 • 18 Oktyabr 2019
Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradıldı

Bundan sonra yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində yol polisləri ilə yanaşı, könüllülər də iştirak edəcəklər. Bu məqsədlə "Yol Polisinə dəstək" qrupları yaradılıb.

Ölkədə "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində ictimai iştirakçılığın müxtəlif formalarından, o cümlədən vətəndaş cəmiyyəti institutlarının imkanlarından səmərəli istifadə edilməsi və digər məsələlərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən zəruri tədbirlərin görülməsinə başlanıb. Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayevin sözlərinə görə, "Yol polisinə dəstək" qruplarının yaradılmasında məqsəd könüllülərin yol polisi əməkdaşları ilə birgə vətəndaşların maarifləndirilməsi tədbirlərinə cəlb olunmasıdır. Könüllülər yol hərəkəti qaydaları ilə bağlı həm təhsil müəssisələrində, həm də yollarda vətəndaşların maarifləndirilməsi istiqamətində işlər görəcəklər.

"Yol polisinə dəstək" qruplarında olan şəxslər təkcə paytaxtda deyil, rayonlarda da fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, "Yol polisinə dəstək" qruplarında olan könüllülər Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən forma ilə də təmin olunurlar.

 

Xəbər lenti