Xəzər Xəbər

Bu şəxs Bakı metrosunda SAXLANILDI VİDEO

Veb TV | 18:21 • 18 Oktyabr 2019
Bu şəxs Bakı metrosunda SAXLANILDI

Metroda sərnişinlərə qarşı cibgirlik edən şəxs tutulub.

Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində stansiyaların platformalarında və qatarlarda sıxlıq olan zaman sərnişinlərin cibindən mobil telefon oğurlayan şəxs əvvəllər məhkum olunmuş Masallı rayon sakini Namiq Musayev tutulub. Araşdırmalarla onun cari ilin oktyabr ayının 10 və 11 tarixlərində iki qadın sərnişinin cibgirlik yolu ilə mobil telefonunu oğurladığı məlum olub.

Hər iki zərərçəkən əvvəlcə polisə mobil telefonlarının Metropolitendə olarkən itdiyi barədə məlumat versələr də, polislər tərəfindən araşdırma aparılan zaman həmin əşyaların Namiq Musayev tərəfindən oğurlandığı müəyyən edilib. Qeyd edək ki, saxlanılan şəxs mobil telefonları ələ keçirəndən sonra satıb.

Nəsimi Rayon polis idarəsinin əməkdaşları isə dələduzluq yolu insanların mobil telefonun alan şəxsi saxlayıb. Astara rayon sakini Sadiq Mirzəyev Cavadaxan küçəsi, ev 17 ünvanının qarşısında mobil telefonunu özünü "Qorxmaz" kimi təqdim edən şəxsə müvəqqəti danışmaq məqsədi ilə verdiyini, lakin sonuncunun hadisə yerindən uzaqlaşıb bir daha geri qayıtmayaraq ona qarşı dələduzluq etdiyini bildirib.Əməliyyat nəticəsində dələduzluq edən Ağsu rayon sakini 22 yaşlı Qorxmaz Əsgərov olduğu müəyyən edilib və saxlanılıb.

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


 

Xəbər lenti