Xəzər Xəbər

Təhsil naziri məktəbli formalarından danışdı VİDEO

Veb TV | 20:31 • 17 Oktyabr 2019
Təhsil naziri məktəbli formalarından danışdı

4000şagirdin növbəti sinifə keçə bilməməsi məsələsi araşdırılır. Bu barədə açıqlama verən təhsil naziri Ceyhun Bayramov bu il 7 təhsil işçisi barədə toplanmış məlumatlarınhüquq-mühafizə orqanlarına göndərildiyini bildirib. Nazir məktəbli formalarının bir neçə varianta olacağını da açıqlayıb.

''Son 5 ildə Azərbaycanda Ali təhsil alan tələbələrin sayı 21 % artıb. Dövlət hesabına təhsil alan tələblərin sayındə isə bu il 66 % -ə yaxın artım olub''. Bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Bununla yanaşınazir , son bir ildə qanunları pozan təhsil işçiləri haqqında məlumat verib.

Ceyhun Bayramov bu il qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərən hər 4 abituriyentdən 1-nin ilk seçim kimi müəllimlik ixtisasını seçdiyini bildirib. Hələki ölkəmizdə məktəblilərə nəqliyyat vasitəsinin verilməsi məsələsinin gündəmdə olmadığını bildirən nazir vahid məktəbli formasının necə tətbiq ediləcəyini də açıqlayıb.

Təhsil naziri məktəblərdə ötən il 4 min şagirdin sinifdə qalmasının araşdırıldığını da bildirib.

Nazir hazırda Azərbaycan məktəblərində müəllimlərin orta maaşının 600 manat olduğunu və 5 mindən çox müəllim 1000 manatdan yuıxarı maaş aldığını diqqətə çatdırıb.

 

Xəbər lenti