Xəzər Xəbər

Baş nazir paytaxtdakı ağacları suladı MARAQLI GÖRÜNTÜLƏR - VİDEO

Veb TV | 13:02 • 16 Oktyabr 2019
Baş nazir paytaxtdakı ağacları suladı

Efiyopiyanın Baş naziri Abiy Əhməd maraqlı işə imza atıb.

Baş nazir rol arxasına keçərək ağacsulama tankeri ilə paytaxt Əddis Əbəbə küçələrindəki ağacları sulayıb.

3 ay əvvəl 353 milyon fidan əkərək dünya rekordu qıran Əhmədin həmin fidanlara qulluq edilməsi prosesində iştirakı alqışlanıb.

Qeyd edək ki, Efipopiya hökuməti may ayında "Yaşıl miras” layihəsinə start verib. Bu çərçivədə ilin sonuna qədər 4 milyard ağac əkilməsi planlaşdırılır.

Xatırladaq ki, Abiy Əhməd ötən həftə Sülh üzrə Nobel mükafatına layiq görülüb./publika.az

Xəbər lenti