Xəzər Xəbər

Bu ilin sonuna kimi 3700 mənzil məcburi köçkünlərə təhvil veriləcək - VİDEO

Veb TV | 18:32 • 10 Oktyabr 2019
Bu ilin sonuna kimi 3700 mənzil məcburi köçkünlərə təhvil veriləcək -

Hazırda Azərbaycanda 24 minə yaxın məcburi köçkün ailəsi yataqxanalar, bağçalar, sanatoriyalarda və s. yerlərdə ağır şəraitdə yaşayır və əvvəlcə onların köçürülməsi hədəflənir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Komitə sədri ilin sonuna kimi 3700 mənzilin təhvil veriləcəyini bildirib və tikintisi davam edən layihələr haqqında danışıb.

Rövşən Rzayev radikal müxalifətin iki gün əvvəl keçirdiyi piketdə dövlətin ona qayğı göstərmədiyini iddia edən Zəngilandan olan Yaşar adlı şəxsin yalanını da ifşa edib və bu kimi hallardan təəssüfləndiyini bildirib.

O, Lənkəranda 45 , Ağdamda 50 mənzilli binanın, Füzuli rayonunda 30 fərdi evin və Cocuq Mərcanlıda isə 150 ev üçün əlavə tikilinin inşa edildiyini açıqlayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti