Xəzər Xəbər

Ancelina Coli qala gecəsində geyimi ilə göz qamaşdırdı VİDEO

Veb TV | 14:03 • 10 Oktyabr 2019
Ancelina Coli qala gecəsində geyimi ilə göz qamaşdırdı

Dünən Londonda 44 yaşlı aktrisa Ancelina Colinin baş rolda çəkildiyi "Malifisenta: Qaranlıqlar şahzadəsi” filminin qala gecəsi baş tutub.

Aktrisa qala gecəsində uşaqları ilə birlikdə qatılıb. Kino ulduzu qırmızı xalı üçün "Ralph & Russo” moda evindən ağ rəngli qaşlarla işlənmiş ziyafət libası seçib. Yeri gəlmişkən, adıçəkilən marka Ancelinanın çox sevdiyi moda evlərindən biridir.

Saçlarını səliqəli toppuz yığdıran kino ulduzu obrazını qırmızı dodaq boyası ilə tamamlayıb./publika.az

Xəbər lenti