Xəzər Xəbər

Azərbaycan “Qlobal Rəqabətlilik İndeksi”ndə 11 pillə irəliləyib - HESABAT - VİDEO

Veb TV | 19:15 • 9 Oktyabr 2019
Azərbaycan “Qlobal Rəqabətlilik İndeksi”ndə 11 pillə irəliləyib -

Ümumdünya İqtisadi Forumu tərəfindən nəşr edilən "Qlobal Rəqabətlilik İndeksi"nə əsasən Azərbaycan 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb.

Xezerxeber.az-ın məlumatına görə, bu hesabat mötəbər beynəlxalq təşkilatlar, investor və sahibkarlar, müstəqil beyin mərkəzləri tərəfindən istinad mənbəyi kimi istifadə olunur.

Hesabat 12 istiqaməti əks etdirməklə iqtisadi və sosial sferanın bütün sahələrini əhatə edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadənin sözlərinə görə, hesabata əsasən Azərbaycan MDB ölkələri arasında 3-cü və Cənubi Qafqazda 1-ci olub.

İnfrastruktur indikatoru ikinci göstərici olmaqla yolların effektivliyi və keyfiyyəti, dəmiryolu və hava yollarında effektivlik, keyfiyyət və əlaqələndirmə, kommunal infrastrukturun keyfiyyəti, elektriklə təchiz olunma səviyyəsi, əhalinin təmiz su ilə təmin olunmasını əks etdirir ki, Azərbaycan 8 pillə irəliləyərək 77,4 balla dünya ölkələri arasında 38-ci mövqedə qərarlaşıb.

Azərbaycan makroiqtisadi vəziyyəti özündə ehtiva edən "makroiqtisadi sabitlik” indikatoru üzrə 23 pillə irəliləyib. İnflyasiya və borc dinamikası əsasında hesablanan indikator üzrə bu səviyyədə irəliləyən yeganə ölkə Azərbaycandır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti