Xəzər Xəbər

Yevlaxda inşa olunan yeni DATA mərkəzin istifadəyə veriləcəyi tarix açıqlanıb - VİDEO

Veb TV | 20:24 • 9 Oktyabr 2019
Yevlaxda inşa olunan yeni DATA mərkəzin istifadəyə veriləcəyi tarix açıqlanıb -

Yevlaxda ehtiyyat DATA Mərkəz inşa olunur. Göstəricilərinə görə bu mərkəzin Cənubi Qafqazda analoqu yoxdur.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə açıqlama verən "AzInTelecom” MMC-nin kommersiya departamentinin rəhbəri Ruslan Əliyev bildirib ki, Mərkəz üçün tələb olunan beynəlxalq sertifikatlar artıq alınıb.

Ruslan Əliyev qeyd edib ki, ehtiyyat DATA Mərkəz həm biznes dairələrinə, həm də dövlət qurumlarına xidmət göstərəcək. Məqsəd ən vacib məlumatların etibarlı əllərdə mühafizəsinin təminatıdır.

Ruslan Əliyevin sözlərinə görə, yeni inşa edilən Mərkəzdə məlumatlar xüsusi vasitələrdə mühafizə olunacaq ki, bu da hər cür təbii xoşagəlməz hallarda məlumatların təhlükəsizliyini maksimum təmin etməyə imkan verir.

Qeyd edək ki, DATA Mərkəz 1400 kvadratmetr ərazini əhatə edəcək və gələn il istifadəyə veriləcək. Bununla Azərbaycanda beynəlxalq standartlara cavab verən DATA mərkəzlərin sayı 2-yə yüksəlmiş olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti