Xəzər Xəbər

Qaxda partlayış baş verib, 6 nəfər xəsarət alıb - VİDEO

Veb TV | 18:38 • 8 Oktyabr 2019
Qaxda partlayış baş verib, 6 nəfər xəsarət alıb -

Qaxda partlayış baş verib, nəticədə 6 nəfər xəsarət alıb.


Xezerxeber.az-ın məlumatına görə, bu gün səhər saatlarında Qax rayon Kommunal Təsərrüfat və İstehsalat Birliyinin işçiləri şəhər ərazisində torpaq yayan zaman naməlum səbəbdən partlayış baş verib.


Nəticədə xəsarət alan 6 nəfər - 39 yaşlı Nuruşvili Tamazi, 49 yaşlı Zeynalaşvili Cemali, 26 yaşlı Daroşvili Sardion, 31 yaşlı Nuroşvili Dato və Papiaşvili Beka Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə gələn ANAMA əməkdaşları partlayişa səbəb olan əşyanın araşdırılmasına başlayıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Xezerxeber.az həkim Vəli İshaqovun açıqlamasını təqdim edir:






Xəbər lenti