Xəzər Xəbər

Şəmkirdə maşın aşdı, ölən var VİDEO

Veb TV | 18:52 • 20 Sentyabr 2019
Şəmkirdə maşın aşdı, ölən var

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun Könüllü kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Chevrolet Niva” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində sərnişin 1969-cu il təvəllüdlü Asəf Cəfərov ölüb, sürücü Göygöl rayon sakini, 1957-ci il təvəllüdlü Müzəffər Şabanov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar