Xəzər Xəbər

Dələduzluq və oğurluq edən qadın saxlanıldı VİDEO

Veb TV | 18:58 • 20 Sentyabr 2019
Dələduzluq və oğurluq edən qadın saxlanıldı

Dələduzluq və oğuluq edən qadın saxlanıldı.

Hadisə Masallı rayonunda olub. Samidxan kand sakiniKəklik MammadovaRayon Polis Şöbəsinəmüraciət edərək, tanimadığı bir qadınınevindəonu aldatmaqla 1000 manat dəyərində olan qızıl-zinət əşyalarını va 50 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirib. Masallı polsinin həyata keçirdikləri əmaliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, həmin dələduzluq hadisəsini Yevlax şəhar sakini, Fatma Abdullazada törədib.Qadın tutulandan sonra onun digər oğurluq əməlləri də üzə çıxıb.

Hazırda fakta göra cinayət işi üzrə istintaq davam etdirilir.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində təsərrüfatlardan qoyun oğurluğu ilə məşğul olan şəxs də saxlanılıb.Kürdəbaz kənd sakini Əkrəm Səmədov həyətindəki tövlədən6 baş qoyunun oğurlanması ilə bağlımüraciət edib. Polisəməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq faktını Cəlilabad rayonunun Xəlilabad kənd sakini, əvvəllər məhkum olunmuş Mətləb Məstiyevin Masallı rayonunun Çaxırlı kənd sakini Firuzə Abdullayeva ilə birlikdə törətdiyi müəlum olub. Saxlanılan Mətləb Məstiyev törətdikləri əməli etiraf edib və oğurladıqları qoyunları Cəlilabad bazarında satdığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti