Xəzər Xəbər

Gələn il sosial xərclərə 2,7 mlrd. manat daha çox vəsait xərclənəcək VİDEO

Veb TV | 18:58 • 20 Sentyabr 2019
Gələn il sosial xərclərə 2,7 mlrd. manat daha çox vəsait xərclənəcək

''Ölkəmizdə böyük vergi güzəştləri olmasın baxmayaraq gələn ilin dövlət büdcəsinin qeyri-neft sektorundan gəlirlərinin artacağı gözlənilir''. Bunu iqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin icraçı direktoru Vüsal Qasımlı açıqlayıb. O, gələn il üçün büdcədən sosial ayırmaların həcminin Azərbaycanın tarixində bir rekord olduğunu bildirib.

Bu ilə Azərbaycanda 4,2 milyon nəfəri əhatə edən 3,9 milyard manatlıq sosial paket həyata keçirilməsinə baxmayaraq gələn dövlət büdcəsindən sosial ayrmalar Azərbaycan tarixi üçün rekord səviyyədə olacaq''. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. O, ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün atılan addımların artıq öz nəticəələrini verdiyini deyib.

Vüsal Qasımlı neft gəlirlərinin insan kapitalın çevrilməsi siyasətinin bu ildə davam etdiyini, eyni zaman da qeyri-neft sekotorunun inkişafı üçün atılan addımlarla növbəti il də bu sahədən gələn gəlirlərin artacağının bildirib. Beynəlxalq Valyuta Fondunun Azərbaycanda iqtisadi artımın 2,8 % səviyyəsində proqnozlaşdırması da bunu təsdiq edir.

İcraçı direktor ötən il Doing biznes hesabatına görə Azərbaycanın 190 ölkə arasında 25 ci yerdə qərarlaşdığını amma aparılan islahatlarla bu yerin daha da möhkəmlənəcəyinin gözlənildiyini bildirib. Eyni zaman biznesə başlamanın sadələşdirilməsi ilə bağlı aparılan islatahatla, bu müddətin 3,5 gündən 1 saata qədər azalması ilə mövqeyimizin 9 -cu yerdən daha da irəliyə gedəcəyi gözlənilir.

Xəbər lenti