Xəzər Xəbər

Kimyəvi maddələr fabrikində DƏHŞƏTLİ YANĞIN: 48 yanğınsöndürən göndərildi - VİDEO

Veb TV | 15:08 • 18 Sentyabr 2019
Kimyəvi maddələr fabrikində DƏHŞƏTLİ YANĞIN:

Türkiyənin İstanbul şəhərinin Tuzla bölgəsində fəaliyyət göstərən kimyəvi maddələrin istehsalı zavodunda yanğın çıxıb.

Orxanlı Dəniz Sənaye Bölgəsi Dəri Yan Sənaye Şəhərində fəaliyyət göstərən Ema Kimya Sistemləri – Huntsmana aid fabrikdə baş verən yanğını söndürmək üçün 48 yanğınsöndürən briqada cəlb olunub.

Yanğından sonra ard-arda partlayışlar meydana gəlib. Güclü külək alovu ətraf bölgələrə yayılıb və avtomobillərə zərər vurub.

İstanbul Böyükşəhər Bələdiyyəsi Yanğınsöndürmə Dairəsinin rəhbəri Ali Karahan yanğında ölən və ya yaralananların olmadığını bildirib.

" frameborder="0" allowfullscreen>

Xəbər lenti