Xəzər Xəbər

Qaydanı pozan sürücülər işdən çıxarıldı, avtobuslar isə... VİDEO

Veb TV | 19:01 • 17 Sentyabr 2019
Qaydanı pozan sürücülər işdən çıxarıldı, avtobuslar isə...

Dünən bilik günündə sürücülərə avtomobillə hərəkətdə olarkən daha diqqətli olmaları ilə bağlı xəbərdarlıq edilsə də təəssüf ki, buna məhəl qoymayanlar da olub. Sərnişin daşıma ilə məşğul olan iki sürücü qaydaları kobud şəkildə pozaraq sərnişinlər və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradıb. Avtobus sürücülərininin kobud qayda pozuntusunu Bakı Nəqliyyat Agentliyi dərhal nəzarətə götürüb. Daşıyıcı şirkətlər isə sürücüləri işdən azad edib.

Sərnişinlə dolu avtobusun sürücüləri kobud qayda pozuntusuna yol verirlər.

Onlar qoşa xəttin tələbini pozarq əks yola çıxıblar. Görüntülər ötən gün paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində çəkilib.

40 və 204 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobus sürücülərinin, yol hərəkəti qaydalarını kobud pozaraq sərnişinlər və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaratması ilə bağlı yayılan görüntünü Bakı Nəqliyyat Agentliyi dərhal nəzarətə götürüb.

Məlum olub ki, sürücülər Emil Həbibov və Asəf Ələkbərovdur. Hər iki sürücü Agentliyə dəvət edilərək onlardan bu xətanı törətmələrinin izahatı alınıb. Sürücülər ilkin ifadəsində yeni dərs ilinin başladığı günlə əlaqədar yolda yaranmış tıxaca görə qayda pozduqlarını deyiblər. Amma buna baxmayaraq hər iki daşıyıcı şirkət həmin sürücüləri işdən azad edib.

Hər iki xəttin avtodəstə rəisi deyir ki, sürücülərə hər gün xəttə çıxmazdan əvvəl qaydalara əməl etmələri tapşırılır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyir ki, sərnişindaşımada qoyulan tələblərə, o cümlədən təhlükəsizliklə bağlı qaydalara əməl etməyənlərə qarşı ciddi tədbirlər görülür.

Onu da qeyd edək ki, işdən çıxarılan hər iki sürücü agentliyin müvafiq əmri ilə bir daha sərnişindaşıma fəliyyəti ilə məşğul ola bilməyəcəklər.

" frameborder="0" allowfullscreen>

Xəbər lenti