Xəzər Xəbər

İsmayıllıda ayı kəndə hücum edib - yaralı var - VİDEO

Veb TV | 18:34 • 15 Sentyabr 2019
İsmayıllıda ayı kəndə hücum edib -

Kənd sakini ayının hücumuna məruz qalıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə İsmayıllı rayon­unun Xanagah kəndində qeydə alınıb.

Xanagah kənd sakini 69 yaşlı İsma­yıl Rəsulov evlərinə yaxın ərazidən yemişan yığmaga gedib. Bu zaman ayı ilə üzləşib.

İri ayı onu parçalamaq istəyib. Nəhayət o, əlində olan alətlə vəhşi heyvanı özündən uzaqlaşdıra bilib.

Göz, sifət, əl və kürək nahiyyəsin­dən xəsarətlər alan İsmayıl Rəsulov təci­li olaraq İsmayıllı rayon Mərkəzi Xəstəx­anasına aparılıb. O, çoxlu qan itirsə də həkimlərin səyi nə­ticəsində vəziyyəti yaxşılaşıb. Həkimlərin tibbi yardımından sonra İsma­yıl Rəsulov evə buraxılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti