Xəzər Xəbər

Güclü yağış Oğuzda ciddi fəsadlar törədib - VİDEO

Veb TV | 18:39 • 10 Sentyabr 2019
Güclü yağış Oğuzda ciddi fəsadlar törədib -

Güclü yağış Oğuzda xeyli fəsadlar törədib-fındıq bağlarını sel suları yuyub, təsərrüfatlara ziyan dəyib.

Xezerxeber.az-ın məlumatına görə, son günlər yağan aramsız leysan yağışlar rayon ərazisindən axan çaylarda suyun səviyyəsinin artmasına səbəb olub.

Qalaçay, Türyançay, Daşağılçay, Xalxalçay və Oğuzçayda suyun səviyyəsi bir neçə dəfə artıb. Nəticədə də Qalaçay məcrasını dəyişərək Xaçmazqışlaq kəndinə yönəlib. Sel suları kənddəki fərdi təsərrüfatlara və əkin sahələrinə xeyli ziyan vurub. Qalaçayın Xaçmazqışlaq kəndinin daxilindən keçən qolunun daşması nəticəsində isə 20 hektar fındıq sahəsini sel basıb və su məhsulu yuyub aparıb.

Sakinlərin sözlərinə görə, bu cür vəziyyət hər il təkrarlanır. Aidiyyəti qurumdan isə bildirilib ki, selin yaranmasına səbəb kanalların üzərində insanların qoyduqları taxta körpülərdir.

Əraziyə texnikalar cəlb edilib və selin fəsadları aradan qaldırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti