Xəzər Xəbər

Azərbaycanda Aşura günü qeyd olunub - VİDEO

Veb TV | 19:05 • 10 Sentyabr 2019
Azərbaycanda Aşura günü qeyd olunub -

Bu gün Azərbaycanda Aşura günü qeyd olunub. Ölkənin dörd bir yanında Aşura mərasimlərinə paralel qanvermə aksiyaları keçirilib. Paytaxtda Təzəpir məscidindəki mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadə də iştirak edib.

Qanvermə aksiyalarının əhəmiyyətinə toxunan şeyx zəncirvurma, başyarma, qan çıxarma kimi bəyənilməyən adətlərin qanvermə aksiyası ilə əvəzləndiyini və bunun artiq ənənəyə çevrildiyini deyib.

Xezerxeber.az-ın məlumatına görə, Şeyxülislam Allahşükür Paşazadə xatırladıb ki, əvvəllər bəzi təsirlər nəticəsində zəncirvurma, başyarma, qan çıxarma halları olurdu və belə hallar bəyənilmirdi. Ancaq indi onun yerinə insanlar qan verməyi seçirlər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, Azərbaycanın tətbiq etdiyi bu təcrübə qonşu ölkələrdə də geniş yayılıb və insanlar qanvermədən faydalanırlar.

Bu arada, bir sıra məscidlərdə qanvermə aksiyaları keçirilib. Bakıda da insanlar qan vermək üçün səhər saatlarından Təzəpir məscidinə üz tutublar. Qanları yoxlanan sonra sağlam şəxslərdən qanalma prosesi həyata keçirilib.

Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyevaya bildirib ki, hər il qanvermə aksiyalarında böyük həcmdə qan toplanır və bu qanlar irsi qan xəstəliklərinin müalicəsində istifadə edilir.

Qeyd edək ki, qanvermə aksiyaları zamanı ərazidə təcili tibbi yardım xidməti və polis qüvvələri də gücləndirilmiş iş rejimində çalışıblar. Aksiya axşam saatlarına qədər davam edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti