Xəzər Xəbər

“TurAz Qartalı - 2019” təlimləri davam edir - VİDEO

Veb TV | 18:39 • 10 Sentyabr 2019
“TurAz Qartalı - 2019” təlimləri davam edir -

Sentyabrın 2-dən başlayan "TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərində ən çətin tapşırıqlar uğurla yerinə yetirilib. Bu gün Yevlax hava limanından uçuş edən F-16 təyyarələri Azərbaycan Respublikasının hava məkanında bəlli bir nöqtədə digər mövqelərdən havalanmış MİQ-29 və SU-35 təyyarələri ilə görüşərək konkret hərbi taktiki döyüş təlimlərini icra edib. Təlimlərə Türkiyə istehsalı olan döyüş helikopterləri qatılıb.

Xezerxeber.az-ın məlumatına görə, "TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərində ilk dəfə olaraq Türkiyə istehsalı olan "Atak" helikopterləri iştirak edib. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə həyata keçirilən təlimlərə Pakistan Hərbi hava Qüvvələrinin təmsilçiləri müşahidəçi qismində qatılıb.

"TurAz Qartalı" birgə taktiki-uçuş təlimləri növbəti il Türkiyədə keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti