Xəzər Xəbər

Bakıda retro avtomobillərin yürüşü olub - VİDEO

Veb TV | 21:15 • 25 Avqust 2019
Bakıda retro avtomobillərin yürüşü olub -

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü təşkil edilib.

Xezerxeber.az-ın məlumatına görə, yürüş üçün 100-dən çox avtomobil Heydər Əliyev Mərkəzinin qarşısında toplaşıb. Avtomobillər şəhər mərkəzinə gedərək bir dövrə vurduqdan sonra yenidən Heydər Əliyev Mərkəzinin qarşısına gəliblər.

Tədbirdə 1980-ci ilədək istehsal olunmuş müxtəlif markalı avtomobillər iştrak edib. Bunlar yürüş üçün qeydiyyatdan keçən şəxsi nəqliyyat vasitələri, eləcə də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən retro avtomobil sərgisinin eksponatları olub. İllərdir ki, klassik avtomobilləri yeni alınmış kimi saxlayan maşın sahibləri üçünsə bu paradın xüsusi önəmi var.

Paradda ən diqqət çəkən avtomobil isə Hacı Nurana verilən fərqli rəngli "QAZ- 21" avtomobili olub. İlk dəfə görəndə çox təəccübləndiyini deyən Hacı Nuran həmin avtomobilin yanında duraraq gələn hər kəslə şəkil çəkdirib.

Qeyd edək ki, retro avtomobillərə həvəs göstərənlər arasında uşaqlar da çox olub.Valideynləri ilə gələn uşaqlar avtomobilin yanında duraraq şəkil çəkdirib və onlara maraqla baxıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti