Xəzər Xəbər

Qubada bulaq tikintisi zamanı ağacların dibi asfaltlanıb - VİDEO

Veb TV | 19:21 • 24 Avqust 2019
Qubada bulaq tikintisi zamanı ağacların dibi asfaltlanıb -

Qubanın Talabı kəndində sakinlər üçün bulaq tikilib. Lakin ətraf asfaltlanan zaman ağaclar nəzərə alınmayıb. Təzə asfaltı ağacların dibinə də töküblər.

Bununla bağlı görüntülər " Xəzər Xəbər"in votsap nömrəsinə Qubadan göndərilib.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Talabı kəndində bulaq tikintisi aparılıb.Bulağın ətrafına da asfal örtüyü vurulub. Asfalt vuranda isə agacların dibi nəzərə alınmayıb.

Kənd sakinləri isə ağacların quruma ehtimalından narahatdır. Ağaclar 3 gün dibi asfaltlanmış vəziyyətdə qalıb. Edilən xəbərdarlıqlardan sonra isə qismən təmizlənib.

Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədri ilə əlaqə saxlamaq istədik. Lakin əlaqə saxlaya bilmədik. Aydınlıq gətirilməlidir ki, ağacların dibləri yarımçıq təmizlənib.Belə olan halda agaclar qurusa kim cavabdeh olacaq...

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti