Xəzər Xəbər

Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə prosesi yekunlaşır - VİDEO

Veb TV | 19:14 • 24 Avqust 2019
Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə prosesi yekunlaşır -

Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik vəsaitin, yəni 11 min manatın ödənilməsi prosesi yekunlaşmaq üzrədir. 

Xezerxeber.az-ın məlumatına görə, bir neçə gün əvvəl daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib və birdəfəlik ödəmələr yaxın günlərdə həmin vərəsələrin bank hesablarina köçürüləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdirinin müavini Pərviz Cəfərov deyib ki, yerdə qalan vərəsələrin birdəfəlik ödəmə vəsaitlərini alması üçün tədbirlər görülür.

Onun sözlərinə görə, ödənişlə təmin olunmaq üçün müraciət proseduru vərəsələr üçün çox sadə səkildə, bir pəncərə prinspi əsasında təşkil olunub.

Ödənişin verilməsi haqqında qərar qəbul edildikdən bir müddət sonra proses icra edilir, vəsait vərəsənin bank hesabına köçürülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti