Xəzər Xəbər

Bakı polisindən xəbərdarlıq: "Dilənçilərə pul verməyin!" VİDEO

Veb TV | 19:56 • 23 Avqust 2019
Bakı polisindən xəbərdarlıq: "Dilənçilərə pul verməyin!"

Avtomobillərin arasına girərərək sürücülərdən pul istəyirlər.

Yolda bir az sıxlıq yaşanan kimi qəfildən sayları artır və bir-bir sürücülərə yaxınlaşıb onların hərəkətinə mane olurlar.

Söhbət dilənçilik və avaraçılıqla məşğul olan şəxslərdən gedir. Gecə-gündüz demədən paytaxt küçələrində olan bu şəxslər öz həyatları ilə yanaşı sürücüləri də çətin vəziyyətdə qoyurlar.

Dilənçiliklə məşğul olan bəzi şəxslər hətta uşaq oğurluğuna da əl atırlar. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyir ki, son vaxtlarəmək qabiliyyəti olan, ancaq işləmək vərdişindən uzaq olan dilənçilərin nəzarətsiz qalan azyaşlıların oğurlaması və talama cinayətlərində iştirakına rast gəlinir.Elşad Hacıyevin sözlərinə görə, bu il baş vermiş belə faktlar polis tərəfindən araşdırılarkən müəyyən edilib ki, zərərçəkmiş ailələr həmin dilənçilərə inanıb etibar ediblər. Hətta evlərində onlara sığnacaq da veriblər.

Dilənçilik və avaraçılqıla məşğul olan bu şəxslər kriminal risk qrupuna aid olduqları üçün Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları onlara qarşı mübarizə tədbirlərini daim gücləndirir. Elşad Hacıyev deyir ki, onlar dilənçilik adı altında yaşayış evlərinə, mənzillərə, mağazalara, avtomobillərə daxil olmaqla, nəzarətsiz qalan əşyaları talamaqdan belə çəkinmirlər. Hətta müşahidə olunur ki, dilənçilər fala baxamaq adı ilə insanları aldadıb, onların duyğuları ilə oynayırlar. İlin əvvəlindənbu günə qədər paytaxt ərazisində xeyli sayda azyaşlı dilənçi saxlanılıb. Onlarla proflaktik söhbətlər aparıldıqdan sonra ailələrinə təhvil verilib.

Polis vətəndaşlara belə şəxslərə qapını açmamağı, küçədə isə inanmamağı və diqqətli olmağı tövsiyyə edir.

Xəbər lenti