Xəzər Xəbər

DİM müraciət etdi: Son 4 gün qaldı - VİDEO

Veb TV | 18:54 • 23 Avqust 2019
DİM müraciət etdi:

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatdan keçməsi üçün son 4 gün qalıb. Dövlət İmtahan Mərkəzi vaxtın azalması ilə bağlı abituriyentlərə müraciət edib.

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-dək davam edəcək. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı isə bu gün başa çatır.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar isə avqustun 23-dən sentyabrın 2-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isə avqustun 29-dək qeydiyyatdan keçməlidirlər.

Xəbər lenti