Xəzər Xəbər

Tovuzda toydan qayıdanlar qəzaya düşdü - 22 YAŞLI GƏNC ÖLDÜ VİDEO

Veb TV | 19:13 • 20 Avqust 2019
Tovuzda toydan qayıdanlar qəzaya düşdü - 22 YAŞLI GƏNC ÖLDÜ

Sürücünün ehtiyatsızlığı qəzaya səbəb olub. Nəticədə 1 nəfər ölüb..

Hadisə Tovuz rayonununBozalqanlı kəndi ərazisində qeydə alınıb. Avtomobil idarəetmədən çıxaraq öncə yol kənarındakı işıq dirəyinə çırpılıb, daha sonra yoldan çıxaraq kənd sakininin həyətinə aşıb. Qəza nəticəsində rayon sakinləri23 yaşlıTaleh Aslanov ,22 yaşlı Murad Səmədov, 23 yaşlıEmil Əmiraslanov və23 yaşlı Səid Namazov müxtəlif bədən xəsarətləri alıb və Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq ağır kəllə-beyin travması alan Murad Səmədov dünyasını dəyişib. Baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Tərtərdə isə piyadavurma olub. rayonu ərazisində şəhər sakini Mahir Abdullayevidarə etdiyiavtomobillə hərəkətdə olarkən yolu keçən 6 yaşlı Pünhan Sadıqovu vurub. Yaralı uşaq xəstəxanaya aparılarkən yolda ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti